İdman

Bağlanış mərasiminin xüsusi qaydaları

28 İyun 2015 15:39
2 Şərh     Baxış: 2 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün baş tutacaq Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar zəruri olan bütün təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, Milli Stadion Qərargahının rəhbəri Səhlab Bağırov bildirib.

S.Bağırovun sözlərinə görə, mərasimə gələn tamaşaçılar bir əlində bilet, bir əlində şəxsiyyət vəsiqəsini yoxlama aparatının üzərinə qoyacaqlar: "Burada tamaşaçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən gəlmək tövsiyə olunur. Tamaşaçılar avtobuslara minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq".
S.Bağırov, həmçinin qeyd edib ki, açılış mərasimində olduğu kimi bağlanış törəninə də stadiona gələn şəxslər üçün qadağan edilmiş davranışların siyahısı hazırlanıb. Belə ki tamaşaçılara

a) sosial, irqi, cinsi, dini , milli, dövlətlərarası nifrət oyandırmaq məqsədi daşıyan istənilən hərəkət etmək;
 
b) müəyyən edilmiş sahələrdən kənarda siqaret çəkmək;
 
c) yol nəqliyyatı qaydalarına və yol nəqliyyatı nizamlayıcılarının tələblərinə tabe olmamaq;
 
d) icazə verilməmiş aksiyalar təşkil etmək, vərəqlər, bukletlər və nəşrlər, təşviqat materiallarını və geyim əşyalarını qanunsuz paylamaq qadağandır.
Açılış mərasiminə gələn tamaşaçılara bəzi əşyaları özləri ilə götürmək yasaqlanıb. Qadağan olunmuş əşyaların siyahısı buraxılış və yoxlamanın həyata keçirildiyi girişlərdə qoyulacaq.      

Milli.Az                                                                                                           

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.