İdman

"Arsenal" İngiltərə kubokunu qazandı

30 May 2015 23:38
1 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İngiltərə Federasiya kubokunun final matçı keçirilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, həlledici görüşdə "Arsenal" və "Aston Villa" komandaları üz-üzə gəlib. 

Bu oyunda London klubu 4:0 hesabı ilə qalib gəlib və İngiltərə kubokunun sahibi olub.

Beləliklə, Premyer Liqada çempionluq şansını əldən verən "Arsenal" mövsümü titulla başa vurmağı bacarıb.

Qeyd edək ki, ötən mövsüm də FA kubokunun finalına yüksələn "Arsenal" həlledici görüşdə "Hall Siti"ni 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.

30 may

İngiltərə Federasiya kuboku, final

21:30. "Arsenal" - "Aston Villa" - 4:0
Qollar: Teo Uolkott, 40 (1:0), Aleksis Sançes, 50 (2:0), Per Mertezaker, Oliver Jiru, 90 (4:0)
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.