İdman

Azərbaycan Premyer Liqasına yekun vuruldu, "Qəbələ" bürünc medal qazandı - YENİLƏNİB

28 May 2015 23:14
0 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə yekun vurulub.

Milli.Az qol.az-a istinadən bildirir ki, son turun bütün oyunları eyni gündə keçirilib.

Çempionluğu rəsmiləşdirən "Qarabağ" son turda istirahət edib.

Artıq gümüş medalları özü üçün təmin edən "İnter" səfərdə "Sumqayıt"ın qonağı olub və 1:3 hesabı ilə uduzub.
 
"Neftçi" öz meydanında AZAL-ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb

"Qəbələ" doğma meydanda autsayder "Bakı"ya 3:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Maliyyə problemi ilə üzləşən və dağılmaq təhlükəsində olan "Simurq" 
səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Bu oyunda hesab açılmayıb.

28 may (cümə axşamı)
 
21:00. "Xəzər Lənkəran"- "Simurq" - 0:0
"Xəzər Lənkəran" mərkəzi stadionu

20:00. "Neftçi" - AZAL 1:1
Qollar:
 Elşən Abdullayev, 60 (1:0), Nicat Qurbanov, 83 (1:1)
Qırmızı vərəqələr: Orxan Lalayev, 54 (AZAL), Əziz Quliyev, 74 ("Neftçi")
8-ci kilometr qəsəbə stadionu
 
20:00. "Qəbələ" - "Bakı" - 3:0 
Qollar: 
Viktor Mendi, 7 (1:0), Ekiqo Ehiosun, 13 (2:0), 23 (3:0)
Qəbələ şəhər stadionu

19:00. "Sumqayıt" - "İnter" - 3:1 
Qollar: 
İlkin Sadıqov, 7 (0:1), Pərdis-Fərcad Azad, 36 (1:1), Məhəmməd Qurbanov, 45 (2:1), 66 (3:1)
"Kapital Bank"

Bombardirlərrr

Nurlan Novruzov ("Bakı") - 15 qol
Draqan Çeran ("Simurq") - 14 qol
Freddi Mombonqo (AZAL) - 13 qol
Nikolas Kanales ("Neftçi") - 11 qol 
Cavid Hüseynov ("Qəbələ") - 11 qol
Məhəmməd Qurbanov ("Sumqayıt") - 11 qol
Reynaldo Silva ("Qarabağ") - 10 qol

N Klublar O Q H M T-F X
1 Qarabağ 32 20 8 4 51-28 68
2 İnter 32 17 12 3 55-20 63
3 Qəbələ 32 15 9 8 46-34 54
4 Neftçi 32 13 10 9 38-33 49
5 Simurq 32 11 6 15 41-39 39
6 AZAL 32 10 9 13 37-42 39
7 Xəzər Lənkəran 32 8 8 16 35-47 32
8 Sumqayıt 32 7 10 15 32-43 31
9 Bakı 32 3 8 21 19-68 17
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

----------

21:59

"Qəbələ" - "Bakı" - 3:0

Qol: Mendi, 6, Ekiqo Eihosun, 13, 23

----------

21:52

Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümündə son turun oyunları keçirilir. 
Milli.Az apasport.az-a istinadən bildirir ki, 293 günlük yarış XXXVI turun qarşılaşmaları ilə başa çatacaq.
 
Turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək. Ancaq oyunlar müxtəlif saatlarda başlayıb.
 Günün son oyununda isə "Simurq" "Xəzər Lənkəran"a qonaq olacaq. Zaqatalalıların bu oyuna çıxıb-çıxmayacağı sual altında idi. Ancaq son məlumatlara görə, artıq problem həll olunub və matç baş tutacaq. "Simurq" 5-cilik, "Xəzər Lənkəran" isə 7-ci pillə üçün mübarizə aparır.
 
Çempionluğu təmin etmiş "Qarabağ" isə son turda meydana çıxmayacaq.
 
XXXVI tur 
28 may (cümə axşamı) 

 
"Neftçi" - AZAL - 1:1
Qol: Elşən Abdullayev, 60 - Nicat Qurbanov, 80
 
Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev
İlk 3 dövrdəki oyunlar: 4:0, 1:2, 1:0
"Bakcell Arena"
 
"Neftçi": Aqil Məmmədov, Kardozo, Araz Abdullayev, Elşən Abdullayev, Julius Vobay, Nikolas Kanales, Ramos, Əziz Quliyev, Samir Məsimov, Məqsəd İsayev, Elvin Bədəlov
Ehtiyat oyunçular: Stamenkoviç, Rahil Məmmədov, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Emin Mehdiyev, Mirabdulla Abbasov, Mirkamil Haşımlı
Baş məşçqi: Arif Əsədov 
 
AZAL: Kamal Bayramov, Xuan Fransisko, Kasradze, Kərim Diniyev, Şəhriyar Rəhimov, Oskars Klava, Orxan Lalayev, Seymur Əsədov, Mombonqo, Novruz Məmmədov, Rəşad Abdullayev
Ehtiyat oyunçular: Namaşko, Kamal Mirzəyev, Eltun Yaqublu, Təmkin Xəlilzadə, Aydın Qasımov, Nicat Qurbanov, Ruslan Nəsirli
Baş məşqçi: Tərlan Əhmədov 
 
"Qəbələ" - "Bakı" - 3:0
Qol: Mendi, 6, Ekiqo Eihosun, 13, 23
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov
İlk 3 dövrdəki oyunlar: 2:0, 1:1, 2:0
Qəbələ şəhər stadionu
 
"Qəbələ": Bezotosnı, Elvin Camalov, Rəşad Sadiqov, Viktor Mendi, Cavid Hüseynov, Ruslan Abışov, Aleksey Qay, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Ekiqo Eihosun
Ehtiyat oyunçular: Anar Nəzirov, Sadiq Quliyev, Ruslan Tağızadə, Qismət Alıyev, Ruslan Fomin, Pavel Farkaş, Mixail Sivakov
Baş məşqçi: Roman Qriqorçuk
 
"Bakı": Elxan Əhmədov, Vüqar Bəybalayev, Azad Kərimov, Nicat Əsgərov, Eltun Hüseynov, Kamil Nurəhmədov, Qeyrət Əliyev, Nuran Qurbanov, Ramazan Abbasov, Tural Qürbətov, Nurlan Novruzov
Ehtiyat oyunçular: Elçin Sadıqov, Təyyar Məmmədov, Yusup Xakimov, Aydın Mustafazadə, Valeh Seyidov, Mətin Əbilsoy, Qvanzan Maqomedov
Baş məşqçi: İbrahim Uzunca 
 
"Xəzər Lənkəran"- "Simurq" - 0:0
 
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
İlk 3 dövrdəki oyunlar: 0:2, 2:1, 0:2 
"Xəzər Lənkəran": Tərlan Qasımzadə, Rasim Ramaldanov, Ruslan Cəfərov, Elşən Rzazadə, İlyas Səfərzadə, Rahid Əmirquliyev, Kazım Kazımlı, Tural Cəlilov, Kamran Abdullazadə, Elvin Mirzəyev, Elnur Cəfərov
Ehtiyat oyunçular: Orxan Sadıqlı, İbrahim Qədirzadə, Cavid Bağırov, Zaman Mirzəzadə, Elnur İsmayılov, Əli Əliyev, Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov 
 
"Simurq": Ülvi Quliyev, Kənan Müslümov, Rüstəm Məmmədov, Tural Axundov, İlkin Qırtımov, İlqar Hüseynov, Roini İsmayılov, Vüsal İskəndərli, Cavad Kazımov, Oruc Balaşlı, Nicat Muxtarov
Ehtiyat oyunçular: Abdulla Seyidəhmədov, Sərxan Abdullayev, Araz Əsədullazadə, Ravil Yusifli, Rəsul Babazadə, Elmir Sulxayev, Təmraz Əmircanov
Məşçqi: Rövşən Babayev
 
 
"Sumqayıt" - "İnter" - 3:1
Qol: Pərdis Fərcad Azad, 36, Məhəmməd Qurbanov, 45, 66 - İlkin Sadıqov, 7
 
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev
İlk 3 dövrdəki oyunlar: 1:5, 0:0, 0:0
"Kapital Bank"
 
"Sumqayıt": 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 55. Məhərrəm Məmmədli, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 10. Tərzin Cahangirov, 11.Şahin Əliyev, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov

"İnter": 96. Elşən Poladov (k), 44. Tural Hümbətov, 97. Fərid Abbaslı, 20. Sərtan Taşkın, 89. Qaraxan Əliyev, 18. Mansur Nəhavəndi, 69. Fərhad Budaqov, 42. Ülvi İbazadə, 13. Mirsahib Abbasov, 39. Elnur Süleymanov, 45. İlkin Sadiqov
Ehtiyat oyunçular: 72. İsmayıl Muradov, 14. Məhəmməd Məhəmmədov, 61. Ruzigar İbrahimzadə, 29. Bilal Əliyev, 77. Vüsal Nağıyev, 95. Azər Yusifov, 50. Elməddin Hüseynzadə
Məşqçi: Roman Cəfərov.
Bombardir: Nurlan Novruzov ("Bakı") - 15.

N Klublar O Q H M T-F X
1 Qarabağ 31 20 8 3 50-26 68
2 İnter 31 16 12 3 53-19 60
3 Qəbələ 31 14 9 8 43-34 51
4 Neftçi 31 13 9 9 37-32 48
5 Simurq 31 11 5 15 41-39 38
6 AZAL 31 10 8 13 36-41 38
7 Xəzər Lənkəran 31 8 7 16 35-46 31
8 Sumqayıt 32 7 10 15 32-43 31
9 Bakı 31 3 8 20 19-65 17
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.