İdman

"Real"ın baş məşqçisi o olacaq?

27 May 2015 10:16
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karlo Ançelotti ilə yollarını ayıran "Real"ın yeni baş məşqçisi bəlli olmaq üzrədir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, "kral klubu"nu Rafael Benitesin çalışdırması gözlənilir.
 
Bunu yerli mətbuata açıqlamasında hazırda "Napoli"ni çalışdıran Benitesin meneceri Ernesto Bronzetti deyib. Onun sözlərinə görə, madridlilərlə danışıq yekunlaşmaq üzrədir: "Rafael Benites 99 faiz gələn mövsümdən "Real"ın "sükanı arxasında" olacaq. Demək olar ki, razılıq əldə edilib".
 
"Real"ın prezidenti Florentino Peres də yaxın bir həftə ərzində yeni baş məşqçinin adının açıqlanacağını deyib.
 
Qeyd edək ki, Benites futbolçu kimi məhz "Real"ın yetirməsi olub və 7 il bu klubun ikinci komandası olan "Kastilya"da çıxış edib. 55 yaşlı mütəxəssisin məşqçi kimi ilk komandası da məhz "Kastilya" (1993-95) olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.