İdman

Avropa Liqası, final: yenə "Köhnə dünya" seçəcək?

27 May 2015 09:08
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında 2014/2015  mövsümünün qalibi bəlli olacaq.

Qol.az-ın məlumatına görə, final matçında "Dnepr" (Ukrayna) və "Sevilya" (İspaniya) klubları üz-üzə gələcək.

Avropa Liqasının son qalibi olan Sevilya təmsilçisi titulunu qorumağa çalışacaq. "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" isə tarixində ilk dəfədir ki, final həyəcanı yaşayır.

Xatırladaq ki, Dnepropetrovsk klubu Bakıda keçirilən "Qarabağ" - "İnter" matçında hakimin kobud səhvi nəticəsində qrupdan çıxıb.  Ağdam klubunun təmiz qolunun sayılmaması sayəsində "pley-off"a təmsilçimiz deyil, "Dnepr" yüksəldi.

Onu da qeyd edək ki, Miron Markeviçin komandası cari mövsüm cəmi dörd dəfə məğlub olub. Bunlardan biri "Qarabağ"la Kiyevdə keçirilən oyuna təsadüf edib.

Polşada keçiriləcək həlledici oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

27 may

Avropa Liqası, final
 
23:45. "Dnepr" (Ukrayna) - "Sevilya" (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.