İdman

I Avropa Oyunlarının keçirilməsi Azərbaycan üçün geosiyasi çağırışdır

26 May 2015 23:12
Baxış: 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçiriləcək ilk Avropa Oyunları mədəniyyət baxımından çox əhəmiyyətli tədbirdir və bu Oyunların keçirilməsi istənilən ölkə üçün şərəfdir.

Bu barədə Trend-ə Yunanıstan-Almaniya Ticarət Palatasının baş katibi, "High Connect" şirkətinin icraçı direktoru Dmitri Metaksas deyib.

D.Metaksas bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycan və bu ölkənin xalqı üçün geosiyası çağırışdır: "Bu tədbirin müvafiq səviyyədə təşkil edilməsi və keçirilməsi ilə üç məqsəd əldə olunacaq. Birincisi, strateji mərkəz Bakı olmaqla Avropanın sərhədləri Cənubi Qafqaz ölkələrinə kimi genişlənəcək. İkincisi, Bakı başqa əhəmiyyətli tədbirləri keçirmək qabiliyyətini bütün dünyaya nümayiş etdirəcək. Üçüncüsü, Oyunların keçirilməsi regiondakı sülh və sabitlik barədə dünya ictimaiyyətinə göndərilmiş özünəməxsus ismarıc olacaq. Azərbaycan xalqına uğurlar arzu edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.