İdman

Ermənistan Bakıya 24 idmançı göndərir

26 May 2015 21:24
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iyunun 12-də açılan Avropa Oyunlarında 24 Ermənistan idmançısı 6 idman növü üzrə yarışlara qatılacaq, Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan elan edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Ermənistan idmançılarının birinci qrupu Bakıya iyunun 10-da yollanacaq. Ermənistanı ilk Avropa Olimpiya oyunlarında bir taekvandoçu və atıcı, üç samboçu və cüdoçu, altı nəfər boksçu və azad üslubda çıxış edən güləşçi, dörd nəfər yunan-roma üslubunda güləşçi təmsil edəcək.
Ermənistan nümayəndə heyətinə Hraçya Rostomyan başçılıq edəcək. O, erməni idmançıların təhlükəsizliyi və təşkilati məsələləri ilə bağlı" hazırda heç bir problem olmadığını bildirib.
Ermənistan MOK rəsmisinin sözlərinə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi müzakirə olunarkən təhlükəsizlik problemindən daha çox əsas məsələlərdən biri kimi ədalətli hakimlik məsələsi olub. "Erməni tərəfi bununla bağlı da Beynəlxalq və Avropa Olimpiya Komitələrinin qarantiyalarını alıb",- o deyib.
Hraçya Rostomyan Bakıda Avropa Oyunlarında iştirak etməkdən imtina edən məşqçi və idmançılardan bunun səbəbini onların özündən soruşmağı məsləhət etdi.
Daha əvvəl olimpiya çempionu, Ermənistan yunan-roma növ güləşi üzrə milli komandanın məşqçisi Levon Culfalakyan, həmin növ üzrə güləşçilər - dünya çempionu və üçqat olimpiya çempionu, olimpiya oyunlarının bürünc mükafatçısı Artur Aleksanyan və olimpiya oyunlarının gümüş medalına layiq görülmüş, 2014-cü il dünya çempionu Arsen Culfalakyan - Bakı yarışmalarında iştirak etməkdən imtina ediblər.
2007-ci ildə Bakıda dünya çempionatında iştirak etmiş Arsen Culfalakyan yarışmaq üçün "bərabər şəraitlər" təmin olunmadığını və müəyyən problemlərlə üzləşdiyini bildirib.
Tarixdə ilk Avropa Olimpiya oyunları Bakıda iyunun 12-dən iyunun 18-dək keçəcək və gələcəkdə dörd ildən bir keçiriləcəyi nəzərdə tutulur. Bakı olimpiadasında 6 min idmançı iştirak edəcəyi gözlənilir.
Yarışmalar nəticəsində 20 idman növü üzrə 253 komplekt medal oynanılacaq. 11 idman növü üzrə qazanılar nəticələr əsasında 2016-cı il Rio de Janeyro Olimpiya oyunlarının iştirakçıları müəyyən ediləcək.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.