İdman

"İnter"də əcnəbi qalmadı!

26 May 2015 16:17
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasında son tur öncəsi "İnter"də islahatlara start verilib. Apasport.az saytının məlumatına görə, "bankirlər" "Sumqayıt"la qarşılaşmaya yalnız yerli futbolçularla çıxacaq.
 
Belə ki, baş məşqçi Kaxaber Sxadadze başda olmaqla, bütün əcnəbi futbolçular artıq düşərgəni tərk ediblər. Həm çalışdırıcı, həm də futbolçular komanda ilə vidalaşaraq vətənlərinə yollanıblar.
 
Bu məlumatı saytımıza açıqlamasında paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, digər klublarla anlaşan yerli futbolçular son turda "İnter"in formasını geyinəcəklər: "Yerlilərin hamısı düşərgədədi. Əcnəbilərdən yalnız köməkçi məşqçi Zaur Svanadze buradadı. "Sumqayıt"la oyuna da komandanı meydançaya o və Roman Cəfərov çıxaracaq".
 
Qeyd edək ki, "Sumqayıt" - "İnter" matçı mayın 28-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.