İdman

Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

26 May 2015 11:53
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına qatılacaq. Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə bildiriblər ki, üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 4 avarçəkən təmsil edəcək.

1-nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov mübarizə aparacaq. Yeniyetmələr və 23 yaşadək avarçəkənlər arasında dünya çempionu ümumilikdə 20 idmançı arasından mükafatçılar sırasına çıxmağa çalışacaq. Rəqiblərdən norveçli olimpiya çempionu Olaf Tufte, çexiyalı dünya çempionu Ondrey Sinek və litvalı Avropa çempionu Mindauqas Qrişkonisi xüsusi qeyd etmək olar.

1-nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşdə Cavid Əfəndiyev start xəttinə çıxacaq. Burada Əfəndiyevin 17 rəqibi olacaq. Rəqiblərdən biri vaxtilə elə 25 yaşlı avarçəkənimizlə birgə 2-nəfərlik yüngül çəkili qayıqla nüfuzlu reqatalara qatılmış İqor Xmaradır. Xmara hazırda Ukraynanı təmsil edir.

Nəhayət, Yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotov İqor Luçiçlə birgə 2-nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş edəcəklər. Bu qayıq tipində ümumilikdə 21 ölkənin təmsilçiləri yer alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.