İdman

"Fənərbağça"dan ilk

26 May 2015 09:15
1 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasının 33-cü turunda səfərdə "Başakşəhər"lə 2:2 bərabərə qalan "Fənərbağça" klubu antirekordla diqqət çəkib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın Superliqa tarixində ilk dəfə bir oyunda 4 futbolçusu meydandan qovulub.

Çempionluq iddiasını davam etdirməsi baxımından önəmli matçda qələbə qazanmaq istəyən "Fənərbağça"dan Mehmet Topuz, Bruno Alveş, Caner Erkin Pier Vebo qırmızı vərəqə ilə cəzalandırılıblar. 

Qeyd edək ki, çempionluq mübarizəsində əzəli rəqibi "Qalatasaray"a uduzan "Fənərbağça"nın mövsümü ikinci pillədə başa vuracağı rəsmiləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.