İdman

"Maestro" "Juventus"dan gedəcək?

25 May 2015 22:19
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın futbol əfsanəsi Andrea Pirlonun "Juventus"la müqaviləsi mövsümün sonunda bitəcək. "Maestro" ləqəbli yarımmüdafiəçinin hansı qərar qəbul edəcəyi maraqla gözlənilir.

Goal.az italyan mediasına istinadən xəbər verir ki, Pirlo "New York City"dən gələn təklifi nəzərdən keçirir. MLS klubuna rəqib isə Qatarın "Al-Jaishnin" komandasıdır. Buna baxmayaraq Pirlonun Qatara getmək istəmədiyi də qeyd olunur.

Qeyd edək ki, iyunun 6-da karyerasında üçüncü dəfə Çempionlar Liqasının finalında oynayacaq Pirlo 1995-ci ildən yalnız İtaliya klublarının formasını geyinib. Bunların arasında "İnter", "Brescia" və "Reggina"nın adı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.