İdman

İdmançılarımız Dohadan 7 medalla qayıdırlar

25 May 2015 15:09
0 Şərh     Baxış: 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan karateçiləri Qətərin paytaxtı Dohada 4-cü Beynəlxalq turniri 7 medalla başa vurublar. Azerisport.az xəbər verir ki, yarışa yollanan 1-ci Avropa Oyunlarınının 8 iştirakçısı 7 final döyüşü keçirməklə 3 qızıl və 4 gümüş medala sahib olublar.

Firdovsi Fərzəliyev (-60 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) turnirin qalibi olublar. Ayxan Mamayev (-84 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva və Ədilə Qurbanova (kata) isə gümüş medal qazanıblar. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında ilk pilləyə yüksəlib.

Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və idmançılarımıza dəstək olmaq üçün yarışı izləyən Azərbaycanın Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev də iştirak ediblər. Bəşirov Abdullayevə, eləcə də yarışda iştirak edən digər ölkələrin karate federasiyaları rəsmilərinə AMKF-in 20 illik yubiley medalını və idmançılarımızın uğurlarından bəhs edən fotoalbom hədiyyə edib. Həmçinin qətərli həmkarları və qonaqlar Yaşar Bəşirova xatirə hədiyyələri bağışlayıblar.

Mayın 24-də Bakıya dönən milli komandamız ertəsi günü tam heyətlə Qəbələyə təlim-məşqlərə yola düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.