İdman

Azərbaycan çempionu UEFA kubokuna getmir

25 May 2015 14:53
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə son Azərbaycan çempionu "Xəzər adaları" 2015-16 mövsümü UEFA kubokunda iştirakdan imtina edib.

Azerisport.az-ın yaydığı xəbərə görə, bu haqda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib:

"Ötən gün "Xəzər adaları"nın rəhbərliyi rəsmən bəyan etdi ki, UEFA kubokunda iştirakdan imtina edirlər. Bunun maliyyə problemi və ya başqa hansısa amillə bağlı olduğunu bilmirəm. UEFA-nın əsasnaməsinə görə, belə olan halda UEFA kubokunda iştirak hüququ avtomatik olaraq çempionatda ikinci yeri tutan komandaya verilir. Hazırda bu vəsiqəyə "Fənər" iddialıdır, çünki ikinci olub. Bu gün klub rəhbərliyi ilə əlaqə saxlayıb, bu məsələni müzakirə edəcəyəm. Məsələ burasındadır ki, UEFA kubokunda iştirak etmək istəyən klub bütün tələblərə cavab verməlidir. Əgər "Fənər" bu və ya başqa səbəblərdən UEFA kubokunda iştirak edə bilməsə və ya istəməsə, o zaman üçüncü olmuş komanda bu hüquqa yiyələnəcək".

Qeyd edək ki, "Xəzər adaları"nın turnirdən iştirakdan imtinasının səbəbi klubun sahibi Hacı İbrahim Nehrəmlinin həbs olunması və klubun maddi durumunun acınacaqlı vəziyyətə düşməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.