İdman

"Mən bir mövsümdə üç kubok qazana bilmərəm"

25 May 2015 14:11
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis komandası ilə bir mövsümdə üç kubok qazana bilməyəcəyini deyib.

"Əgər "Bavariya" hər il üç kubok qazana biləcək baş məşqçi istəyirsə, o zaman onlara başqa mütəxəssis lazımdır. Mən bunu bacarmaram", - deyə Qvardiola bildirib.

Qeyd edək ki, 2014/2015 mövsümündə ölkə kuboku və Çempionlar Liqasının yarımfinallarında mübarizəni dayandıran "Bavariya" Qvardiolanın rəhbərliyi altında yalnız Bundesliqanı qazana bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.