İdman

"Neftçi" Azərbaycanı dünyada 6-cı etdi

25 May 2015 11:26
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeşin paytaxtı Rabatda cüdo üzrə keçirilən "World Masters" turniri başa çatıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarış Azərbaycan millisi üçün uğurlu alınıb. 

Belə ki, səfərə 6 idmançı ilə yollanan komandamız vətənə 3 medalla qayıdır. Hacıağa Hacıəhmədovun yetirmələrindən hazırda yaxşı formada olan Elmar Qasımov (100 kq) yenə bütün rəqiblərinə qalib gəlib. Ondan fərqli, yalnız finalda uduzan Orxan Səfərov (60 kq) gümüş medalla kifayətlənib. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov isə 3-cü yeri tutub.
Digər cüdoçularımıza gəlincə, Elxan Məmmədovla (100 kq) Nicat Şıxəlizadə (66 kq) isə 7-ci olublar. İlqar Müşkiyev (60 kq) ikinci döyüşündə mübarizəni dayandırıb.

"Neftçi İdman Klubu"nun yetirmələrinin qazandıqları bu nəticə sayəsində Azərbaycan 50 ölkə arasında 6-cı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.