İdman

Daha bir futbolçu meydanda dünyasını dəyişdi

25 May 2015 11:02
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol meydanlarında daha bir bədbəxt hadisə baş verib.

Apasport.az saytı xəbər verir ki, Argentinanın "Atletiko Parana" klubunun futbolçusu Kristian Qomes dünyasını dəyişib.

Ölüm hadisəsi "Atletiko Parana"nın "Boka Udinos"la oyunu zamanı baş verib. Matçın 32-ci dəqiqəsində 27 yaşlı futbolçu huşunu itirərək, yerə yıxılıb. Bunu görən qarşılaşmanın baş hakimi dərhal oyunu dayandırıb.

Komandanın həkimləri Qomesin həyatını xilas etmək üçün çalışsalar da, bu, onlara müyəssər olmayıb. Müdafiəçi xəstəxanaya aparılarkən yolda keçinib.

Həkimlərin diaqnozuna görə, Qomes ürək tutmasından dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.