İdman

Ronaldunu əvəz elədi, tarixə düşdü

24 May 2015 18:54
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın 16 yaşlı yarımmüdafiəçisi Martin Edeqor "Xetafe" ilə (7:3) Primeronun son turunda Madrid klubunun əsas komandasında debüt edib. Goal.az xəbər verir ki, norveçli futbolçu matçın 57-ci dəqiqəsində Ronaldunu əvəzləyib. Bununla da, 16 yaş 157 günlüyündə meydana çıxan Edeqor "Real"ın La Liqada forma geymiş ən gənc futbolçusu kimi tarixə keçib.

"Bu qədər azarkeşin qarşısında oynamalı olduğum üçün həyəcan keçirirdim. Amma oyundan həzz almağa çalışdım. Xüsusi bir gün oldu, özümü xoşbəxt hiss edirəm. "Real"dakı ilk mövsüm mənim üçün uğurlu alındı. Burada hər şey xoşuma gəlir", - Edeqor debüt matçından sonra təəssüratlarını bölüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.