İdman

Mollalar və keşişlər üz-üzə

24 May 2015 18:08
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Hamburq şəhəri yaxınlığındakı Elmsorn qəsəbəsində maraqlı futbol matçı keçirilib. Apasport.az saytının məlumatına görə, oyunda Almaniyada xidmət edən din xadimləri üz-üzə gəliblər.

Müsəlman mollalarla xristian keşişlərin qarşılaşdığı "Abraham kuboku" adlanan oyunda müsəlman din xadimləri 6:1 hesabı ilə qələbə qazanıblar.

Olduqca maraqlı və centlmen şəraitdə keçən oyunda hakim bir dəfə də olsun cərimə zərbəsi təyin etməyib. Oyun 30 dəqiqədən ibarət iki hissədən ibarət olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.