İdman

Fransızların "qol kralı" o oldu

24 May 2015 14:16
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın bir sıra çempionatları kimi Fransa 1-ci Liqası da başa çatıb. Son turda çempion PSG "Reims"i məğlub edib. Adı "Juventus"la hallanan  Edinson Kavaninin dubla imza atdığı oyun 3:2 hesabı ilə parislilərin xeyrinə yekunlaşıb. İlk üçlükdə qərarlaşan "Monaco" və "Lyon" isə səfərdə minimal hesabla qələbə qazanıb.

Milli.Az goal.az-a istinadən bildirir ki, Fransada ardıcıl 3-cü dəfə çempion olan PSG ilə yanaşı, 2-ci pillənin sahibi "Lyon" da növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. "Monaco" isə bu iki komandaya qoşulmaq üçün pley-off matçı keçirəcək. "Marseille" və "Saint-Etienne" Avropa Liqasında qüvvəsini sınayacaq. "Evian", "Metz" və "Lens" isə növbəti mövsümə 2-ci Liqada başlayacaq. Liqanın bombardiri isə 33 oyuna 27 qol vuran "Lyon"un hücumçusu Aleksandr Lakazett olub. 

Fransa 1-ci Liqası, 38-ci tur

Bordeaux 2 - 1 Montpellier
Caen 3 - 2 Evian Thonon Gaillard
Lens 1 - 0 Nantes
Lorient 0 - 1 Monaco
Marseille 3 - 0 Bastia
Metz 1 - 4 Lille
Paris Saint Germain 3 - 2 Reims
Rennes 0 - 1 Lyon
Saint-Etienne 2 - 1 Guingamp
Toulouse 2 - 3 Nice

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.