İdman

Masters-də iki medal qazandıq

24 May 2015 11:39
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən "Masters" seriyalı beynəlxalq cüdo turnirinin ilk günündə kişilər arasında 60, 66 və 73 kq, qadınlar arasında isə 48, 52, 57 və 63 kq çəki dərəcələrində mükafatlar oynanılıb.

"Qafqazinfo" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov (60 kq) finalda Yaponiya idmançısı Naoxisa Takatoya məğlub olaraq gümüş medal qazanıb.

Digər cüdoçumuz Rüstəm Orucov (73 kq) isə üçüncü yerlə kifayətlənməli olub.

Turnirə bu gün yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.