İdman

Ronaldinyo yarımçıq getdi

23 May 2015 23:55
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı ulduz baş məşqçiyə etiraz etdi

Meksika liqasında keçirilən "Paçuka" - "Keretaro" matçında qonaqların ünlü futbolçusu Ronaldinyo diqqət mərkəzinə düşüb.

Milli.Az anspress-ə istinadən bildirir ki, 2:0 hesabı ilə geridə olan "Keretaro"nun baş məşqçisi ilk hissənin sonlarında Ronaldinyonu əvəzləyib.

Baş məşqçinin bu qərarından narazı qalan braziliyalı ehtiyat oyunçular skamyasında əyləşmədən şəxsi avtomobili ilə stadionu tərk edib. Bu hərəkətinə görə 35 yaşlı futbolçunun cəza alacağı gözlənilir.

Qeyd edək ki, "Paçuka" - "Keretaro" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.