İdman

Polşanın Olimpiya medalçısı: “Avropa Oyunları yaxşı nəticə verəcək”

23 May 2015 23:08
0 Şərh     Baxış: 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Olimpiya Oyunlarının Polşadan olan bürünc mükafatçısı Kristina Çaykovska-Rayvska AZƏRTAC-ın müxbirinə deyib: "Birinci Avropa Oyunları yaxşı nəticə verəcək. Hər bir idman yarışı böyük bir sevinc, sağlamlıq, dostluq və sülh deməkdir".

Bu gün Varşavada keçirilmiş Olimpiya piknikində iştirak edən Polşanın idman veteranı deyib: "Mən voleybolçuyam, 1964-cü ildə Tokio Olimpiadasında və 1968-ci ildə Meksika Olimpiadasında iştirak etmişəm. İki bürünc Olimpiya medalı qazanmışam. İki Olimpiadanın iştirakçısı kimi demək istəyirəm ki, Avropa Oyunları çox yaxşı təşəbbüsdür, bundan sonra da idman tədbirlərinin yeni formalarını axtarıb tapmaq lazımdır".

Olimpiya piknikinin əsas mövzusu "Bakı-2015" birinci Avropa Oyunları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.