İdman

"Prosineçkidən dəvət gözləyirdim"

23 May 2015 10:21
0 Şərh     Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin kapitanı Araz Abdullayev "Bakı" ilə oyundan (0:0) sonra futbolxeber.az-a müsahibə verib

- "Bakı" ilə oyunda "Neftçi" 2 xal itirdi. Qarşılaşma haqda nə deyə bilərsən?

- Hər iki komandada bu gün yaxşı oynadı. Meydana qələbə üçün çıxmışdıq. İstəyirdik ki, 3 xal qazanaq. Turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdırmaq üçün çalışırdıq. Lakin oyun heç-heçə başa çatdı. Çempionatın artıq sonudur. "Bakı"ya da uğurlar arzulayıram.

- "Bakı"nı məğlub etmək üçün "Neftçi"də nə çatışmadı?

- Axırıncı ötürmələrdə ləng oynayırdıq. Əgər rəqibin qapısı yaxınlığında daha diqqətli oynasaydıq, lazım olan qolu vura bilərdik.

- Demək olar ki, "Neftçi" hazırda bürünc medalı yox, ölkə kubokunun finalını düşünür?

- Təbii ki. Düzdür, çempionat oyunlarında da uğur qazanmaq istəyirik. Amma əsas fikrimizi kubokun finalına yönəltmişik.

- Son oyunlarda "Neftçi"ni kapitan kimi meydana çıxarırsan. Bu məqam məsuliyyətini artırır?

- Artırır. Amma bunun ciddi fərqi yoxdu. Çünki mən yox, başqası da kapitan ola bilərdi. Hər zaman komandanın uğuru üçün çalışmışam. Bundan sonra da "Neftçi"nin irəli getməsi üçün əlimdən gələni edəcəyəm.

- Milli komandamızın baş məşqçisi Robert Prosineçki yığmanın heyətini açıqladı. Siyahıda sənin də adın var...

- Prosineçkiyə dəvətə görə təşəkkür edirəm. Məni milliyə layiq bilib, çağırıb. Mən də çalışacağam ki, əlimdən gələni edim. Qarşıda millimizi çətin oyunlar gözləyir. Yaxşı nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.

- Ötən dəfə "Neftçi"dən heç bir futbolçu milliyə çağırılmadı. Bu dəfə Prosineçkidən dəvət gözləyirdin?

- Hə, gözləyirdim. Axır vaxtlar öz üzərimdə çox çalışıram. İnanırdım ki, milliyə çağırılacağam. Dəvətə görə də minnətdaram. Milliyə layiq olduğumu sübuta yetirmək üçün əlmindən gələni edəcəyəm. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.