İdman

“Çempionat gələn mövsüm daha maraqlı olacaq”

23 May 2015 10:15
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həm "Qarabağ"ı, həm də "İnter"i təbrik edirəm. Çempionatın necə keçməsi haqda mənim nəsə deməyim yersiz olar. Klublarımızın avrokuboklardakı oyunlarından sonra yəqin sübuta yetəcək ki, çempionat necə ədalətli  keçib".

Qol.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol  Liqasının (PFL) prezidenti Ramin Musayev "İnter" - "Qarabağ" matçından sonra jurnalistlərə deyib.

R.Musayev gələn mövsüm Premyer Liqada iştirak edəcək komandaların sayı haqda da məlumat verib:

"Onu deyə  bilərəm ki, çempionat gələn mövsüm builkindən maraqlı olacaq. Bunu əminliklə deyirəm. Gələn mövsüm Premyer Liqada ən azı 10 komanda mübarizə aparacaq. Bu rəqəm 12 də ola bilər. Yaxşı sponsor tapsanız, gətirin 12 komanda olsun (gülür)". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.