İdman

Runi "Qalatasaray" forması geyindi - FOTO

22 May 2015 23:24
0 Şərh     Baxış: 1 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin böyük oğlu "Qalatasaray" azarkeşidi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kay Runinin İstanbul klubunun formasında fotoları yayılıb. 

Belə ki, Runinin kiçik oğlu Klayın ad gününə böyük oğlu Kay məhz "Qalatasaray" formasında gedib. Mərasimi anası ilə birlikdə tərk edən Kay fotoqrafların diqqətindən yayınmayıb. 
"Mançester Yunayted" azarkeşləri öncə bu fotoların fotoşop olduğunu güman ediblər. Ancaq sonradan məlum olub ki, Kay, doğrudan da, "Qalatasaray" azarkeşi imiş.
Qeyd edək ki, daha öncə futbolçu Maksi Lopesin, həmçinin Fransanın keçmiş prezidenti Nikola Sarkozinin oğlunun da "Qalatasaray" formasında şəkilləri yayılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.