İdman

"Neftçi" autsayderlə bacarmadı, çempionun son oyununda məğlub oldu - YENİLƏNİB

22 May 2015 21:50
4 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:50

Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçirildi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutdu.

Topaz Premyer Liqası

XXXV tur

22 may (cümə)

"İnter" - "Qarabağ" - 2:1

Qol: Əfran İsmayılov, 18, Arif Daşdəmirov, 55 - Leroy Corc, 29

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev 

"İnter Arena"

İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 0:0

"İnter": Lomaya, Laşa Salukvadza, Amisulaşvili, Elvin Məmmədov, Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov, Arif Daşdəmirov, Stankoviç, Baçana Sxadadze, Derlis Meza Kolli, Coşqun Diniyev

Ehtiyat Oyunçular: Elşən Poladov, Abdulla Abatsiyev, Mikel Alvaro, Asif Məmmədov, Bokanyano, Sezar Meza Kolli, Şpiçiç

Baş məşqçi: Kaxaber Sxadadze

"Qarabağ": Fərhad Vəliyev,  Qara Qarayev, Maksim Medvedev, Reynaldo, Muarem Muarem, Rəşad Sadıqov, Almeyda, Teli, Aqolli, Leroy Corc, Cavid Tağyev

Ehtiyat oyunçular: Şehiç, Hacı Əhmədov, Namiq Yusifov, Vüqar Nadirov, İlqar Qurbanov, Tural Rzayev, Şəhriyar Əliyev

Baş məşqçi: Qurban Qurbanov

AZAL - "Simurq" - 5:0

Qol: Freddi Mombonqo, 18, 39, 42, 80, Rəşad Abdullayev, 54

Qırmızı vərəqə: Amil Ağacanov, 21 ("Simurq")

Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov 

"AZAL Arena"

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:2, 0:1

AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 15. Oskars Klava, 18. Orxan Lalayev, 8. Seymur Əsədov, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 33. Kamal Mirzəyev , 56. İsa Zeynallı, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 11. Ruslan Nəsirli
Baş məşqçi: Tərlan Əhmədov

"Simurq": 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 9. Mirzağa Hüseynpur, 10. Rəşad Eyubov, 14. Vüqar Mustafayev, 17. Rüstəm Məmmədov, 18. Tural Axundov , 3. Kənan Müslümov, 81. Nicat Muxtarov
Ehtiyat oyunçular: 32. Ülvi Quliyev, 25. Oruc Balaşlı, 70. Cavad Kazımov, 77. Sahib Abbasov, 78. İlqar Hüseynov, 80. Roni İsmayılov, 83. Elmir Sulxayev   
Baş məşqçi: George Çixradze

"Sumqayıt" - "Xəzər Lənkəran" - 2:0

QOLLAR: Məhəmməd Qurbanov, 13; Tofiq Mikayılov, 28

Qırmızı vərəqə: Skarlatake, 89 ("Xəzər Lənkəran")

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov

"Kapital Bank Arena"

İlk 3 dövrədəki oyunlar: 1:0, 1:2, 2:3

"Sumqayıt": 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov,
5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə 
Ehtiyat oyunçular: 55. Məhərrəm Məmmədli, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 10. Tərzin Cahangirov, 11.Şahin Əliyev, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov 

Baş məşqçi: Aqil Məmmədov

"Xəzər Lənkəran": 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 12. İlyas Səfərzadə, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 16. İbrahim Qədirzadə, 99. Mahsun Qəmbərli

Məşqçi: Elbrus Məmmədov

"Bakı" - "Neftçi" - 0:0

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

İlk 3 dövrədəki oyunlar: 0:1, 1:3, 0:2

"Bakı": 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 16. Rüstəm Məmmədov, 20. Valeh Seyidov, 28. Ülvi Quliyev, 35. Qvanzan Maqomedov, 43. Təyyar Məmmədov

Baş məşqçi: İbrahim Uzunca

"Neftçi": 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 7. Araz Abdullayev (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 49. Mirabdulla Abbasov, 88. Mirkamil Haşımlı

Baş məşqçi: Arif Əsədov

Turnir cədvəli
 

N Klublar            O  Q H M T-F     X
1 Qarabağ         32 20 8 4 51-28  68
2 İnter                31 17 12 2 54-17 63
3 Qəbələ            31 14 9 8 43-34  51
4 Neftçi              31 13 9 9 37-32  48
5 Simurq             31 11 5 15 41-39 38
6 AZAL               31 10 8 13 36-41 38
7 Xəzər Lənkəran 31 8 7 16 35-46  31
8 Sumqayıt          31 6 10 15 29-42 28
9 Bakı                 31 3 8 20 19-65  17
10 Araz Naxçıvan  0  0  0 0    0-0    0

Bombardirlər:

Nurlan Novruzov ("Bakı") - 15 qol
Draqan Çeran ("Simurq") - 14 qol
Nikolas Kanales ("Neftçi") - 11 qol 
Cavid Hüseynov ("Qəbələ") - 11 qol
Məhəmməd Qurbanov ("Sumqayıt") - 10 qol
Reynaldo Silva ("Qarabağ") - 10 qol

--------- 

21:00

Milli.Az xəbər verir ki, Premyer Liqasında 35-ci turun son oyunu "İnter" - "Qarabağ" matçında bərabərlik davam edir.

"İnter" - "Qarabağ" - 1:1 
Qollar: Əfran İsmayılov, 19 (1:0), Leroy Corc, 30 (1:1)

Davam edən AZAL - "Simurq" oyununda isə ev sahibləri qonaqları darmadağın ediblər.

 AZAL - "Simurq" - 5:0 
Qollar: Freddi Mombonqo, 18 (1:0), 39 (2:0), 42 (3:0), Rəşad Abdullayev, 54 (4:0), Freddi Mombonbo, 80 (5:0)

-----------

20:40

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Sumqayıt" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb: 13' - Məhəmməd Qurbanov, 28' - Tofiq Mikayılov

"Neftçi" autsayder "Bakı"nın qonağı olub. Oyun başladığı kimi sona çatıb - 0:0.

AZAL "Simurq"u sınağa çəkir. Birinci hissənin tamamında "təyyarəçilər" rəqib qapısına 3 dəfə yol tapıblar - Freddi Mombonqo dubla imza atıb.

"İnter" isə çempion "Qarabağ"la qarşılaşır.

----------

09:59

Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
 
Keçiriləcək 4 matçdan 3-ü paytaxtda, biri isə Sumqayıtda oynanılacaq.
 
Şübhəsiz ki, günün mərkəzi görüşü paytaxtda, "İnter Arena"da baş tutacaq "İnter" - "Qarabağ" qarşılaşmasıdır. Ötən tur ardıcıl ikinci çempionluğunu təmin etmiş ağdamlılarla ikinciliyi dəqiqləşmiş "bankirlər"in oyunu formal xarakterli olacaq.
 
Ancaq matçda prinsipiallıq yaradan amillər də yox deyil. Belə ki, Qurban Qurbanov və onun çempion komandası bu mövsüm bir dəfə də olsun, Sxadadzenin "drujinası"na qalib gələ bilməyib. "Bankirlər" üçün də bu oyun az əhəmiyyət daşımır. Son vaxtlar maddi sıxıntılar çəkən "İnter" çempiona qalib gələrək, əhval-ruhiyyəsini düzəltməyə, həm də 18 oyundur məğlub edə bilmədiyi rəqiblə matçlardakı sindromu qırmağa çalışacaq.
 
"Neftçi" üçün də bu turu həlledici hesab etmək olar. "Ağ-qaralar" üçüncülük şanslarını son tura daşımaq istəyirlərsə, bu gün mütləq qalib gəlməlidirlər. Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmış "Qəbələ"dən 4 xal geri qalan "flaqman" formal da olsa, davam edən bürünc şansını saxlayır. Bunun üçün Arif Əsədovun yetirmələri bu gün "Bakı" üzərində qələbə qazanmalı, gələn tur isə "Bakı"nın "Qəbələ"ni büdrətməsi üçün dua etməlidirlər.
 
Turun digər görüşləri isə mükafatlar baxımından heç bir əhəmiyyət kəsb etmir. AZAL-a qonaq olacaq "Simurq" qələbə qazanacağı halda, 5-ci pillədə möhkəmlənəcək. "Təyyarəçilər" isə hazırda bir pillə özlərindən irəlidə olan rəqiblərini keçmək istəyirlərsə, qalib gəlməyə borcludurlar. Belə olan halda xallar bərabərləşəcək ki, hər şeyə son turda aydınlıq gələcək.
 
Və nəhayət turun paytaxtdan kənarda baş tutacaq tək oyununda "Sumqayıt" "Xəzər Lənkəran"ı qonaq edəcək. İlk "altılığ"a düşmək şanslarını saxlayan cənublular "gənclik şəhəri"nin sakinlərinə qalib gəlməklə səfərdəki 7 oyunluq xalsızlıq sindromuna da son qoya bilərlər. Ardıcıl 3 oyundur məğlub olan sumqayıtlılar isə öz meydanlarında bu gedişə "dur" demək istəyirlər.
 
 
Topaz Premyer Liqası
XXXV tur
22 may (cümə)
 
18:00. "Sumqayıt" - "Xəzər Lənkəran"

 
İlk 3 dövrədəki oyunlar: 1:0, 1:2, 2:3
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov 
"Kapital Bank Arena"
 
18:00. "Bakı" - "Neftçi"
 
İlk 3 dövrədəki oyunlar: 0:1, 1:3, 0:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
 
19:00. AZAL - "Simurq"
 
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:2, 0:1
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov 
"AZAL Arena"
 
20:00. "İnter" - "Qarabağ"
 
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 0:0
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev 
"İnter Arena"

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

31

20

8

3

50-26

68

2

İnter

30

16

12

2

52-16

60

3

Qəbələ

31

14

9

8

43-35

51

4

Neftçi

30

13

8

9

37-32

47

5

Simurq  

30

11

5

14

41-34

38

6

AZAL 

30

9

8

13

31-41

35

7

Xəzər L 

30

8

7

15

35-44

31

8

Sumqayıt

30

5

10

15

27-42

25

9

Bakı

30

3

7

20

19-65

16

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.