İdman

Əfsanəvi futbolçu klub aldı

21 May 2015 22:06
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın əfsanəvi futbolçusu Paolo Maldini klub sahibi olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, veteran futbolçu və "MP&Silva" adlı şirkətin ən böyük səhmdarı Rikkardo Silva gələn mövsüm ABŞ çempionatının ikinci liqasında (NASL) mübarizə aparacaq "Myami" klubunu yaradıb.

NASL-ın internet saytının yaydığı məlumata görə, 25 illik karyerası ərzində yalnız "Milan"da oynamış, 5 dəfə Çempionlar Liqasını, 7 dəfə İtaliya çempionluğunu yaşayan Maldini Myami şəhərinin tək futbol klubu olacaq komandanın rəhbərliyində də yer alacaq.

46 yaşlı veteran futbolçu açıqlamasında öz işi ilə fəxr etdiyini və həyacanlı olduğunu bildirib: "ABŞ-da futbolun inkişaf edəcəyinə inanıram. Bu gün dünyanın ən önəmli şəhərlərindən olan Myamidə futbol klubunu böyütmək üçün ideal şərait var".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.