İdman

"Gələcəkdə hamı biləcək ki..." - FOTO

21 May 2015 15:39
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan tarixə birinci Avropa Oyunlarını keçirən ölkə kimi daxil olacaq".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Polşanın Vrotslav şəhərinin meri Rafal Dutkeviç Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

Vrotslavın meri deyib: "Arzu edirəm ki, Avropa Oyunları müvəffəqiyyətlə keçsin və yaxşı nəticələr versin. Siz ölkənizin populyarlaşması baxımından udursunuz. Avropalılar Oyunların keçiriləcəyi günlərdə Azərbaycanı yaxından tanıyacaqlar və görəcəklər ki, Azərbaycan qitə miqyaslı tədbirlər təşkil edə bilən dostcanlı bir ölkədir. İnsanlar Azərbaycan haqqında çox şey öyrənəcəklər. Gələcəkdə hamı biləcək ki, birinci Avropa Oyunları Bakıda keçirilib. Hər işdə olduğu kimi, burada da birinci olmaq əhəmiyyətlidir. Məsələn, hamı bilir ki, Ayda birinci Nil Armstronq olub. Ayda olmuş digər insanları isə heç kəs xatırlamır. Bakı da birinci Avropa Oyunlarının vətəni olacaq. Bu cür ilk yarışların Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük bir şansdır".

Şəhərin rəhbəri bildirib ki, Polşa KİV-lərində "Bakı-2015" ilk Avropa Oyunları haqqında çox informasiya verilir. Bu informasiya əsasən Avropa Oyunlarının keçirilməsi üçün yaradılan infrastruktur haqqındadır. Rafal Dutkeviç bütövlükdə Avropanın və dünyanın Azərbaycanla maraqlandığını söyləyib və bu marağın qorunub saxlamasının zəruriliyini vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.