İdman

Səfir: "Avropa Oyunları tarixi idman tədbiri olacaq"

21 May 2015 15:31
Baxış: 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Birinci Avropa Oyunlarının uğurla keçəcəyinə tam əminəm. Bu, tarixi bir idman tədbiri olacaq"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bu gün Bakıda keçirilən "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX" adlı seminarda çıxışı zamanı bildirib.

Seminarın əhəmiyyətinə də toxunan Malena Mard  deyib ki, bugünkü tədbirin keçirilməsi yüklərin və sərnişinlərin axını ilə bağlı faydalı təcrübə mübadiləsi aparmağa imkan verəcək: "Bu cür təcrübə mübadiləsi yalnız bu gün üçün deyil, gələcək üçün səmərəli ola bilər.

Ümid edirəm ki, bu təcrübə mübadiləsi Avropa Oyunları üçün də faydalı nəticələr verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.