İdman

Çempionlar Liqası: Çexiyalılar “Qarabağ”la qarşılaşmaq istəmirlər

21 May 2015 15:10
1 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avropada arzuolunmaz rəqiblərdən hesab olunur. Apasport.az saytının məlumatına görə, Çexiya mətbuatı Topaz Premyer Liqasının qalibini qeyri-münasib rəqib elan edib.
 
Belə ki, bu ölkədən olan həmkarlarımız Çexiya çempionu "Viktoriya"nın mümkün rəqiblərini dəyərləndirib. Yarışa III təsnifat mərhələsindən başlayacaq Plzen təmsilçisi burada səpələnmişlər sırasında olacaq.
 
Çexiyalılar II təsnifat mərhələsinin qalibi olub, növbəti raundda səpələnməyən komandalardan biri ilə üz-üzə gələcək. 5 klubu - "Qarabağ", həmçinin HİK (Finlandiya), "Malmö" (İsveç), "Molde" (Norveç) və "Videoton"u (Macarıstan) potensial rəqiblər sırasında görən həmkarlarımız onların hər birini ayrı-ayrılıqda dəyərləndirib.
 
Onlar Azərbaycan çempionundan çəkindiklərini etiraf ediblər: "Qarabağ" münasib olmayan rəqibdi. Azərbaycan Çexiyadan uzaqdı. Həm də "Qarabağ" təcrübəli komandadı. Onlar bu il çempionluq titulunu qoruyub. "Qarabağ" öz meydanında maksimal dərəcədə güclü olur. Bu komandanın əsas üstünlüyü bir neçə braziliyalı futbolçusunun olmasıdı".
 
Qeyd edək ki, "Qarabağ" cari mövsümdə də II təsnifat mərhələsində səpələnmişlərdən olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.