İdman

"Barselona"ya 200 milyon avroluq təklif

21 May 2015 10:47
0 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" klubu ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adının dəyişdirilməsi üçün təklif alıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib. O bildirib ki, "Kamp Nou" stadionunun adının 15-20 il müddətinə dəyişdirilməsi üçün adını çəkmək istəmədiyi bir şirkətdən 200 milyon avroluq təklif alıblar:

"Ancaq klub üzvləri bu dəyişikliyin olmasını istəmədilər. "Kamp Nou" stadionun qarşısına həmin şirkətin adını yazmaq şərti ilə bu təklifi qəbul edə bilərik".

İspaniya mətbuatı adı açıqlanmayan şirkətin bu təklifi qəbul edəcəyini iddia edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.