İdman

Qadınlar arasında şahmat üzrə 16-cı Avropa Çempionatı keçirilir

21 May 2015 10:13
0 Şərh     Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çakvidə (Gürcüstan) keçirilən qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında ilk turun oyunları başa çatıb. 19 ölkədən 99 (53 qrossmeyster) şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər - Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Nərmin Kazımova, beynəlxalq ustalar -Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Nərgiz Umudova, Xəyalə Abdulla, ustalığa namizədlər - Aydan Höccətova, Xanım Balacayeva, Nərmin Məmmədova, həmçinin Nərmin Söyünlü Aysel Məmmədova təmsil edirlər. 

1-ci turda Gülnar Məmmədova, Nərgiz Umudova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanaraq aktivlərinə 1 xal yazmağa müvəffəq olublar. Xanım Balacayeva Ukrayna şahmatçısı İnna Qaponenko, Nərmin Məmmədova yerli şahmatçı Sopiko Quramişvili, Aydan Höccətova Meri Arabidze, Zeynəb Məmmədyarova isə Almaniya təmsilçisi Elizabet Peytclə xalları yarı bölüb. Səbinə İbrahimova beynəlxalq qrossmeyster Nana Dzaqnidzenin müqavimətini qıra bilməyib. Xəyalə Abdulla keçmiş dünya çempionu Antuaneta Stefanovaya, Nərmin Kazımova isə Alisa Qallyamovaya məğlub olub.

Çempionatın əsasnaməsinə görə, ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanacaqlar. Yarış isveçrə sistemi ilə 11 turdan ibarət keçirilir və mayın 31-də başa çatacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.