İdman

Fabreqasın cəzası yüngülləşdi

21 May 2015 10:28
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Çelsi"nin apellyasiya şikayətini müsbət cavablandırıb.

Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, İK "Vest Bromviç"lə Premyer Liqa matçında London təmsilçisinin birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan futbolçusu Sesk Fabreqasın cəzasını yüngülləşdirib.   

İspaniyalı futbolçunun cəzası 3 oyundan bir matça endirilib. Beləliklə Premyer Liqanın son turunu buraxacaq Fabreqas yeni mövsümün ilk oyununda komandasına kömək edə biləcək.

Qeyd edək ki, "Vest Bromviç" - "Çelsi" matçı 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.