İdman

Türkiyə nəhənginə qadağa

20 May 2015 23:04
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trabzonspor" klubu gələn mövsüm Avrokubokdan kənarda qala bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırda Superliqada 6-cı pillədə qərarlaşan və Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "bordo-mavililər"i ciddi sanksiya gözləyir.

Hazırda maliyyə problemi yaşayan "Trabzonspor" 3 aydı ki, nə futbolçulara, nə də digər işçilərə maaş verə bilir. Klubdakı bütün əcnəbilərin müqaviləsində isə "3 ay maaş ödənilməsə, avtomatik olaraq azad agent statusu daşıyacaq" maddəsi yer alıb
 
FİFA-nın nizamnaməsinə görə, hazırda Trabzon klubunun bütün əcnəbiləri azad agent statusuna malikdi və istədikləri vaxt komandanı tərk edə bilərlər. "Trabzonspor"da yer alan əcnəbilər isə bunlardı: Karl Medyani, Essaid Belkalem, Joze Bosinqva, Kevin Konstant, Mustafa Yatabare, Oskar Kardozo və Marin Majed.
 
Superliqa klubunun ciddi böhranla üzləşməsi UEFA-nın da diqqətindən yayınmayıb. Maddi məsələdə güzəşt etməyən qitə futbol qurumu vəziyyətin düzəlməyəcəyi təqdirdə kluba transfer qadağası qoyacaq. Bu isə "Trabzonspor"un Avrokubokdan da kənarda qalması ilə nəticələnə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.