İdman

Təbrizdə tarixi oyun: Azərbaycan klubu İran çempionu olacaqmı?

15 May 2015 15:13
0 Şərh     Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün İran çempionatında 2014/2015 mövsümünə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, məhz son turda çempion komandanın adı məlum olacaq.

Hazırda 57 xalla lider olan Təbrizin "Traktor Sazi" klubu öz meydanında ikinci pillədə qərarlaşan "Naft Tehran"ı qəbul edəcək. 
 
Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaq. "Naft Tehran"ın da aktivində 57 xal var. Lakin İran çempionatınının reqlamentinə əsasən, təbrizlilər heç-heçə sayəsində də qızıl medala sahib ola bilərlər. Bunun üçün üçüncü pillədə yer alan və  həm "Traktor Sazi", həm də "Naft Tehran"dan cəmi bir xal geri olan "Sepahan" "Saipa" ilə oyunda xal itirməlidir.

Hər iki qarşılaşma  Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

15 may

İran çempionatı

20:00 "Traktor Sazi" - "Naft Tehran"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.