İdman

Çempionlar Liqası: "Div"lərin dueli

6 May 2015 09:55
7 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.
 

Qol.Az-ın məlumatına görə, dünyanın iki nəhəng klubu üz-üzə gələcək.

"Barselona" öz meydanında "Bavariya"nı qəbul edəcək. Maraqla gözlənilən qarşılaşma saat 23:45-də başlayacaq.

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilk dəfə olaraq sabiq komandası ilə qarşılaşacaq.

"Bavariya"nın Aryen Robben, Frank Riberi, David Alaba Holqer Badştuber kimi aparıcı futbolçuları zədə səbəbindən İspaniyaya aparılmyıb.

Qeyd edək ki, bu komandalar son olaraq Çempionlar Liqasının 2012/2013 mövsümünün yarımfinal mərhələsində üz-üzə gəliblər. Almaniyada keçirilən oyunda 4:0, "Kamp-Nou"da isə 3:0 hesablı qələbə qazanan "Bavariya" finala yüksəlib.



6 may

Çempionlar Liqası, yarımfinalın ilk oyunları

23:45."Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)


5 may

"Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 2:1
Qol:
Morata, 9 (1:0), Ronaldo, 27 (1:1), Tevez, 58 (2:1)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.