İdman

Qurban Qurbanov "Qarabağ"a yeni legionerlərin müjdəsini verdi

5 May 2015 20:27
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu mövsümün sonunda "Qarabağ"dan heç bir futbolçu göndərilməyəcək". Bu haqda qol.Az saytına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

"Onsuz da, heyətimiz geniş deyil. "Qarabağ"a gələn olacaq, gedənsə olmayacaq". O bildirib ki, müqaviləsi başa çatan oyunçulara yeni müqavilə təklif olunacaq. Q.Qurbanov yay transfer pəncərəsində, əsasən, hücum xəttinə oyunçu almaq istədiklərini söyləyib. Onun sözlərinə görə, başqa mövqelərdə çıxış edən futbolçular da var ki, maraq dairələrindədir. Ağdam klubunun çalışdırıcısı həmin futbolçuların adlarını açıqlamasa da, onların legioner olduğunu deyib.

Qurban Qurbanov, ümumiyyətlə, yay transfer pəncərsində yerli futbolçu almayacaqlarını söyləyib. Onun sözlərinə görə, "Qarabağ"a tələblərinə cavab verən azərbaycanlı futbolçuların öz klubları ilə müqavilələri var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.