İdman

"Baku Fires" "Mexico Guerreros"a qarşı

5 May 2015 19:45
0 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Quba Olimpiya İdman Kompleksində "Baku Fires" komandası ilə "Mexico Guerreros" klubu arasında ilk 1/4 final qarşılaşması baş tutacaq. RTV (REGİON TV) xəbər verir ki, bu məqsədlə bu gün mətbuat konfransı və çəkiölçmə mərasimi keçirilib.

Konfransda məlumat verilib ki, yarışın ilk günündə çəkisi 49, 56, 64, 75, 91 kiloqram olan boksçular rinqə çıxacaqlar. Nurpaşa Talıbov mayın 6-da keçiriləcək ilk görüşdə qələbəyə iddialı olduqlarını bildirib. Məşqçilər korpusu Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq ehtiyat qüvvəyə şans verib.

"Mexico Guerreros" komandasının meneceri Dario Alfaro da yarımfinala çıxmağa ümidli olduqlarını açıqlayıb. Mayın 6-7-də keçiriləcək iki görüşün nəticəsinə görə qalib olan komanda yarımfinalda liqanın son çempionu "Cuba Domaderos"la üz-üzə gələcək və hər iki qarşılaşma rəqib meydanında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.