İdman

Karlos Teves: "Oyunun favoriti yoxdur"

5 May 2015 11:07
2 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çətin oyun olacaq. Hər iki komanda qalib gəlməyə çalışacaq. Əgər çempion olmaq istəyiriksə, ən güclü komandaları məğlub etməliyik. Bu matçın favoriti yoxdur. Ən az səhv edən qalib gələcək".
 

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un futbolçusu Karlos Teves "Real"a qarşı Çempionlar Liqasının yarımfinalında keçiriləcək matç öncəsi deyib.

Argentinalı hücumçu ÇL-in kubokunu qazanmaq istədiklərini söyləyib:
 

"İtaliya A seriyasında çempion olmaq istəyirdik və bunu bacardıq. İndi ÇL-in kubokunu qazanacağımıza ümid edirik"".
 

K.Teves sabiq komanda yoldaşı Kriştianu Ronaldu haqda da danışıb:

"Ronaldu ilə oyun öncəsi danışmamışam. O, mənim rəqibimdir. Ronaldu ilə "Mançester Yunayted"də uğurlar qazanmışıq. Ancaq indi o, "Real", mən isə "Yuventus" üçün oynayıram. Ümid edirəm ki, ən yaxşı olan qalib gələr".

Qeyd edək ki, "Yuventus" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.