İdman

Məşhur futbol klublarının milyarder sahibləri - SİYAHI

28 Aprel 2015 23:12
0 Şərh     Baxış: 5 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az modern.az-a istinadən Avropanın aparıcı futbol klublarının milyarder sahiblərini təqdim edir.

"Mançester Siti" - Mənsur ibn Zeyd Əl Nahayan (Birləşmiş Əarəb Əmirlikləri)

İngiltərə çempionatının məşhur klublarından olan "Mançester Siti" futbol klubu 2008-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi və ADUG şirkətinin sahibi Mənsur İbn Zeyd tərəfindən satın alınıb. Klubun o zamankı sahibi, Tailandın keçmiş baş naziri Taksin Çinavat ərəb biznesmenin başçılıq etdiyi "Abu-Dabi United Group" (ADUG) şirkəti arasında 3 həftə davam edən danışıqlardan sonra razılaşma imzalamışdı.

Kluba 1 milyard funt sterlinqdən artıq investisiya yatıran ərəb milyarder "Mançester Siti"nin 2011-ci ildə İngiltərə kubokunun, 2012-ci ildə isə İngiltərə Çempionatının və ölkə Superkubokunun qalibi olmasına nail olub.

45 yaşlı Mənsur ibn Zayed Əl Nahayanın şəxsi sərvəti Böyük Britaniya mətbuatı tərəfindən 20 milyard funt sterlinq civarında dəyərləndrilir.

"Çelsi" - Roman Abramoviç (Rusiya) 

Rusiyanın ən zəngin biznesmenlərindən biri, Çukotka muxtar dairəsinin keçmiş qubernatoru (2001-2008) Roman Abramoviç 2003-cü il iyulun 2-də 140 milyon funt sterlinq qarşılığında "Çelsi" futbol klubunun səhmlərinin 100%-ni alıb. Onun prezidentliyi müddətində "Çelsi" 4 dəfə İngiltərə çempionu olub, 3 dəfə İngiltərə kubokunu qazanıb və 1 dəfə Çempionlar Liqasında qalib gəlib.

"Forbes" jurnalının 2015-ci ildə açıqladığı milyarderlər reytinqində Roman Abromoviçin şəxsi sərvətinin 9 milyard dollar olduğunu göstərilir.

"Monako" - Dmitri Rıbolovyev (Rusiya) 

Rusiyalı biznemsen, "Uralkaliy" şirkətinin keçmiş sahibi Dmitri Rıbolovyev 2011-ci ilin dekabrında Fransanın "Monako" futbol klubunun səhmlərinin 66,67%-ni satın alıb. Klubun sərvəti üçün biznemsen 200 milyon avro vəsait ödəyib. Qalan 33% səhm isə Monako knyazı II Alberə məxsusdur.

"Forbes" jurnalının 2015-ci il üçün açıqladığı məlumata görə Dmitri Rıbolovyev 8,5 milyard dollar kapitala malikdir.

"Paris Sen Jermen" - Nasir Qanim əl-Xalifi (Qətər) 

Qətərli milyarder, "Qatar İnvestment Authority" şirkətlər qrupunun prezidenti Nasir Qanim əl-Xalifi eyni zamanda "Paris Sen Jermen" (PSJ) klubunun sahibi, prezidenti və baş direktorudur. "Qatar İnvetment Authority" şirkəti 2011-ci il mayın 31-də PSJ klubunun səhmlərinin alınması ilə bağlı müqaviləni klub rəhbərliyi ilə imzalayıb. 1 ildən artıq davam edən danışıqlar zamanı "Qatar İnvestment Authority" şirkəti o zamankı Fransa prerzidenti Nikola Sarkozinin də razılığını almalı olub. PSJ satın alındıqdan sonra 2013 və 2014-cü illərdə Fransa Çempionatının və kubokunun (2013) qalibi olub.

Nasir Qanim əl-Xalifinin şəxsi sərvəti "Forbes" jurnalı tərəfindən 7,9 milyard dollar məbləğində dəyərləndirilib.

"Milan" - Silvio Berluskoni (İtaliya)
 

Uzun illər İtaliyanın baş naziri olmuş Silvio Berluskoni 1986-cı il fevralın 20-dən "Milan" futbol klubunun" sahibidir. Məhz o, klubun səhmlərini əldə etdikdən sonra "Milan" İtaliya çempionatının "B" liqasını tərk edib və 8 dəfə İtaliya çempionu, 5 dəfə Çempionlar Liqasının qalibi olub.

"Forbes" jurnalının 2015-ci ildə açıqladığı milyarderlərin siyahısında 79 yaşlı Silvio Berluskoninin sərvəti 7,4 milyard dollar göstərilib.

"Şaxtyor" - Rinat Axmedov (Ukrayna)

Ukrayanın ən zəngin iş adamı olan tatar əsilli Rinmat Axmedov 1996-cı il oktyabrın 11-dən Donetskin "Şaxtyor" klubunun prezidenti və sahibidir. O, "Sistem Kapital Menecment" şirkətlər qrupunun prezidenti kimi kluba böyük maliyyə yatırımları edib. Onun rəhbərliyi dövründə "Şaxtyor" 8 dəfə Ukrayna çempionu, 8 dəfə Ukrayna kubokunun və 4 dəfə superkubokun qalibi olub. 2009-cu ildə isə şaxtaçılar UEFA kubokunu başları üzərinə qaldırıblar. Hazırda Ukraynanın şərqindəki hərbi əməliyyatlara görə Rinat Axmedov və "Şaxtyor" futbol klubu Donetski tərk edərək, ölkənin qərbində məskunlaşıblar.

"Forbes" jurnalının 2015-ci il üzrə statistikasına görə, Rinat Axmedov 6,6 milyard dollar şəxsi kapitala malikdi.

"Spartak" - Leonid Fedun (Rusiya)

"Lukoyl" neft şirkətinin vitse-prezidenti və milyarder Leonid Fedun 2003-cü ildə 70 milyon dollara "Spartak" klubunun nəzarət paketini əldə edib. O hazırda klubun direktorlar şurasının sədri və klubun prezidenti funksiyalarını da icra edir. Milyarderin rəhbərliyi alıtnda klub bircə dəfədə ölkə çempionu ola bilməyib.

"Forbes" jurnalının məlumatına görə, 2015-ci ildə Leonid Fedunun sərvəti 5,2 milyard dollardır.

"Mançester Yunayted" - Qleyzer ailəsi (ABŞ)

2005-ci ildə ABŞ-lı milyarder Malkolm Qleyzer "Mançester Yunayted" futbol klubununun səhmlərinin 90%-ni (qalan 10% səhm Nyu-York birjasında dövriyyədədir) 790 milyon funt sterlinqə satın alıb. Bu alqı-satqı fanatların etirazına səbəb olsa da, ötən illər ərzində klub 6 dəfə ölkə çempionu olmaqla bərabər, 2008-ci ildə Çempionlar Liqasının qalibi adını da qazanıb. 2014-cü il mayın 29-da 86 yaşlı Malkolm Qleyzer vəfat edib. Bundan sonra "Mançeser Yunayter" klbunun səhmləri onun 6 oğlu arasında bərabər şəkildə bölüşdürülüb. Noel və Avraam Qleyzer "Mançester Yunayted"in direaktorlar şurasının üzvləridir.

"Forbes" jurnalının məlumatına görə Malkolm Qleyzerin şəxsi sərvəti 4,4 milyard dollar təşkil edir.

"Yuventus" - Annelli ailəsi (İtaliya) 

1899-cu ildə bir qrup iş adamı ilə birlikdə dünyaca məhşur "Fiat" avtomobil şirkətinin əsasını qoymuş Annelli ailəsi uzun illərdir ki, "Yuventus" klubunun sahibidir. İlk dəfə 1923-cü ildə "Fiat" konserinin sədr müavini Eduardo Annelli klubun prezidenti seçilib. Sonarkı illərdə onun oğulları Canni və Umberto da növbə ilə "Yuventus"a rəhbərlik ediblər.

Hazırda "Fiat Chrysler" konserinin prezidenti və Canni Annellinin qız nəvəsi Con Elkan "Yuventus"un prezidentidir.

"Forbes" jurnalının məlumatına görə Con Elkan azı 2,3 milyard dollar kapitala malikdir.

İnter - Erik Tohir (İndoneziya) 

"Astra İnternational" maliyyə-sənaye konqlometarının sahibi Teddi Tohirin oğlu Erik 2013-cü il oktyabrın 15-dən İtaliyanın "İnter" klubunun əsas sahibidir. 1995-ci ildən klubun sahibi olan milyarder Massimo Moratti klub səhmlərinin 70%-ni indoneziyalı biznesmenə satıb. "İnter"in nəzarət paketini əldə etmək üçün Tohir 250 milyon avro ödəyib. Maliyyə sıxıntısı çəkən Moratti həmin vəsaiti klubun borclarını ödəyəmə yönəltmişdi.

"İnter"in səhmlərinin qalan 28%-i Morattinin, 2%-i isə "Pirelli" şirkətinin nəzarətindədir.

45 yaşlı Erik Tohir "Forbes" jurnalının 2013-cü ildə açıqladığı məlumata görə, 960 milyon dollar şəxsi sərvətə malikdir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.