İdman

Azərbaycan klubunun möhtəşəm qol sevincinə erməni futbolçu da qoşuldu - VİDEO

27 Aprel 2015 14:39
1 Şərh     Baxış: 2 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" klubu növbəti dəfə azarkeşlərinə qələbə sevinci bəxş edib.

Milli.Az olimpiya.az-a istinadən xəbər verir ki, səfərdə "Paykan"la görüşən Azərbaycan klubu rəqibinə 0:2 hesabı ilə qalib gəlib. Təbrizlilərin 2-ci qolundan sonra isə meydanda maraqlı olaylar baş verib. "Traktorsazi"nin braziliyalı futbolçusu Lusiano Edinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək qol sevincini azarkeşlərlə bölüşüb. Lusiano maykasının üzərində "Yaşasın Azərbaycan" sözlərini sevinclə hər kəsə göstərərkən "Traktorsazi"nin heyətində çıxış edən erməni əsilli futbolçu Andranik Teymuriyan da onu təbrik edib və bu möhtəşəm şüarın şahidi olub. Oyunda "Traktorsazi"nin ilk qolunu azərbaycanlı futbolçu Əhmədzadə vurub.

Qeyd edək ki, Azərbaycan klubu hazırda 53 xalla inamla İran çempionatında turnir cədvəlinə başçılıq edir. "Traktorsazi" ən yaxın izləyicisi "Naft Tehran"ı 2 xal qabaqlayır. Təbriz klubunun son oyununun icmalını sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.