İdman

"Arsenal titul qazanmaq üçün 4 futbolçu transfer etməlidir"

27 Aprel 2015 12:28
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sky Sports" kanalında ekspert kimi çalışan Tierri Anri "Arsenal"ın "Chelsea" ilə oyunundan sonra fikirlərini bildirib. Goal.az xəbər verir ki, Anri "topçular"ın yeni mövsüm üçün bir neçə futbolçu transfer etməli olduğunu deyib.

"Arsenal titul qazanmaq üçün 4 dünya səviyyəli futbolçu transfer etməlidir. Komandaya qapıçı, mərkəz müdafiəçi, dayaq yarımmüdafiəçi və hücumçu lazımdır. "Chelsea"nin nümunəsində bunun şahidi olmuşuq. Onlar ötən mövsüm çempionluq uğrunda mübarizə aparırdılar. Buna nail ola bilmədilər və Kurtua, Matiç, Fabreqas, Diyeqo Koştanı heyətə cəlb etdilər. Arsen Venger bunu etməlidir. Komanda daxilində rəqabəti gücləndirmək lazımdır. Yalnız bununla Premyer Liqanın qalibi olmaq mümkündür. Fikrimcə, Jiru kifayət qədər yaxşı oynayır. Amma düşünmürəm ki, təkcə bir hücumçu ilə çempionluq qazanmaq olsun. "Arsenal" ötən mövsüm də turnir cədvəlinin üst sıralarında idi. Lakin hər kəs deyirdi ki, onlar çempion olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.