İdman

"Heç kim 4 nömrəli formanı geyinə bilməyəcək"

27 Aprel 2015 11:33
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"də 4 nömrə əbədiləşdirildi.
  

Milan "İnter"i örnək addımla yadda qalıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumata görə, "neradzurra" əfsanəvi kapitanı Xavyer Zanettinin forma nömrəsini əbədiləşdirib.
  

Bununla bağlı açıqlama verən klubun sahibi Erik Tohir argentinalını heç vaxt unutmayacaqlarını deyib: "Bundan sonra "İnter"də heç kim 4 nömrəli formanı geyinə bilməyəcək. Çünki Zanettinin xidmətlərinə qarşılıq olaraq onun nömrəsini əbədiləşdirdik".
  

Qeyd edək ki, hazırda "İnter"də vitse-prezident vəzifəsini daşıyan Xavyer Zanetti 1995-2014-cü illər ərzində bu klubla 16 titul qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.