İdman

Kamran Ağayev start heyətindən niyə çıxarıldı?

27 Aprel 2015 10:27
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kayserispor"un qapıçısı Kamran Ağayev "Osmanlıspor"la dünənki qarşılaşmanın "18-liy"indən son anda çıxarılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunun səbəbi millimizin qolkiperinin əlindən zədələnməsi olub.

Klubun rəsmi "facebook" səhifəsində yazılan məlumata görə, start heyətində meydana çıxması gözlənilən Kamran oyunöncəsi isinmə hərəkətləri zamanı sol əlinin iki barmağından xəsarət alıb. Xəbərdə zədənin ciddi olmadığı, lakin hər şeyə bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcəyi vurğulanıb.
 

Qeyd edək ki, PTT I liqasının XXIX turu çərçivəsində "Osmanlıspor"la səfərdə qolsuz heç-heçə edən "Kayserispor" hazırda 61 xalla turnir cədvəlinə başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.