İdman

İki il yarım sonra vurulan qol "Qalatasaray"ı zirvəyə qaldırdı

27 Aprel 2015 09:14
0 Şərh     Baxış: 2 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, növbəti oyun günündə daha dörd görüş keçirilib.

Öz meydanında "Akhisar"ı qəbul edən "Konyaspor" rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

"Erciyesspor" səfərdə "Balıkəsirspor"un qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Eyni hesab "Gənclərbirliyi" - "Trabzonspor" matçında da qeydə alınıb.

"Qalatasaray" doğma meydanda "Qaziantepspor"la üz-üzə gəlib. Görüş "Cim-bom"un qələbəsi  ilə başa çatıb - 1:0.

Milli.Az bildirir ki, bu qol Hakan Balta üçün xüsusi idi. Hakan son dəfə Superliqada 19.10.2012-də "Gənclərbirliyi"nə qol vurmuşdu. Həmçinin 2,5 il sonra vurulan bu qol TT Arenada vurulan 200-cü qol olub.

Bu qələbədən sonra İstanbul klubu yenidən liderliyi ələ keçirib.

Qeyd edək ki, Superliqada 28-ci tura "Beşiktaş" - "Karabükspor" oyunu ilə yekun vurulacaq.


26 aprel

Türkiyə Superliqası, 28-ci tur


"Balıkəsirspor" - "Erciyesspor" - 1:1

Qollar: Sercan Yıldırım, 9 (1:0), Daoqari, 80 (1:0)

"Konyaspor" - "Akhisar" - 2:1
Qollar: Kustodio, 32 (1:0), Mehmet Güven, 45 (1:1), Ranqelov, 48 (2:1)

"Gənclərbirliyi" - "Trabzonspor" - 1:1
Qollar: Nemanya Tomiç, 70 (1:0), Karl Medjani, 90 (1:1)

"Qalatasaray" - "Qaziantepsor"  - 1:0
Qol: Hakan Balta, 85



25 aprel

"Bursaspor" - "Başakşəhər" - 4:1

Qollar: Mossoro, 17 (0:1), Bakambu, 49 (1:1), Fernandao, 68-pen (2:1), Bakambu, 76 (3:1), Holmen, 90 (4:1)

"Rizəspor" - "Kasımpaşa" - 1:3
Qollar: Skarione, 21, 62 (0:2), 68 (0:3), Kveuke, 72 (1:3)

"Eskişehirspor" - "Fənərbağça" - 1:1
Qollar: Yumlu, 33-avtoqol (0:1), Güral, 80 (1:1)

 

27 aprel

"Beşiktaş" - "Karabükspor"

 

24 aprel

"Sivasspor" - "Mersin" - 1:2
Qollar: Şaheşo, 68 (1:0), Kaloğlu, 90 (1:1), Futaks, 90+3 (1:2)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.