İdman

Avropa Oyunları üçün daha bir arena - FOTOSESSİYA

26 Aprel 2015 16:33
Baxış: 2 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunda əsas işlər başa çatıb. Arenanın Oyunlara hazırlığını yoxlamaq üçün bu gün burada sınaq yarışı təşkil olunub. Rusiya, Almaniya və Latviyadan 13 qadın və kişi idmançı uzunluğu 358 metr olan zolaq boyunca yürüşlər həyata keçiriblər. Bunu Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər.

Qeyd edək ki, olimpiya standartlarına uyğun inşa olunmuş BMX stadionunda 2 enmə zolağı var. Avropa Oyunlarının proqramına əsasən, 1000 nəfər tamaşaçı tutumuna malik arenada yarışlar iyunun 26-28-də keçiriləcək. Oyunlarda iştirak edəcək 32 kişi və 16 qadın idmançı Avropa Velosipedçilər Birliyinin ölkələr üzrə reytinq siyahısına əsasən müəyyənləşir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.