İdman

İlk Avropa Oyunlarında 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq

24 Aprel 2015 23:02
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Britaniya "Bakı-2015" ilk Avropa Oyunlarında yarışacaq idmançıların adlarını elan edib.

AZƏRTAC "Bakı-2015"ə istinadla xəbər verir ki, Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək britaniyalı idmançılardan ibarət komandaya rəhbərlik edəcəklər. Bu üçlük digər 150 idmançıya qoşularaq iyunun 12-28-də birincilik uğrunda 19 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 10-u "Rio-2016" Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır.

Avropa Oyunlarında iştirak edəcək Böyük Britaniya komandasının rəhbəri Mark İnqlend deyib ki, bu onlar üçün böyük fürsətdir. O deyib: "İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çöxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar".

Qeyd edilib ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü yarışlarda iştirak edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.