İdman

Bakıda 250 sıxdığı deyilən futbolçumuz: "Ayağımın altını qazmaq üçün bu yola əl atıblar" - FOTO

19 Aprel 2015 16:38
1 Şərh     Baxış: 4 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə "Bakı" klubunun gənc futbolçusu Qeyrət Əliyevin avtomobili 250 km/saat sürət ilə idarə etməsi xəbərini vermişdik

Bu barədə Milli.Az-a açıqlama verən Qeyrət Əliyev bildirdi ki, bu xəbərdəki foto və videolar ona aid deyil: "Siz jurnalistlərə böyük hörmətim var. Sizin işiniz yazmaq, bizimki isə futbol oynamaqdır. Amma siz də gərək hər daxil olan məlumatı həmin dəqiqə yox, araşdırıb doğru olub-olmadığını yoxlayıb verəsiniz. Mənim pisliyimi istəyən şəxslər ayağımın altını qazmaq üçün sizə bu foto və videoları göndəriblər. Onları mən eləmiş olsaydım, inanın ki, danmazdım və etiraf edərdim.

Maşın mənim üçün sadəcə, bir dəmirdi. Bununla fəxr etmək, yekəxanalıq etmək mənlik deyil. Şəkillərdəki mənim maşınımdı. Videolarda və spidometrlər olan şəkillər isə mənim deyil. Videolardakı mənim avtomobilimin modelindəndir. Amma göründüyü kimi oradakı maşın kupedi məndə isə 4 qapılı. Model eynidi, ancaq fərqli maşındı. Onları maraq üçün yükləmişəm öz səhifəmə və orada deməmişəm ki, bu sürən mənəm. Bir çoxlarına bu cür tanınmaq, bəlkə də, xoşdur, amma mənə lazım deyil bu cür tanınmaq. Məni tanıyan oyunuma görə tanısın. Bu, mənim karyerama ziyandı. Bəlkə də eşidiblər ki, bir çox klublar mənimlə maraqlanır və ayağımın altını qazmaq üçün bu yola əl atıblar. Amma mənim belə şeylərdən qorxum yoxdu. Öz yoluma davam edəcəm".


Uyğun link:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.