İdman

"Beşiktaş" öndə

18 Aprel 2015 21:56
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Superliqasında XXVII turun oyunlarına start verilib.

Milli.Az apasport. az-a istinadən bildirir ki, bir həftəlik təxirəsalmanın ardından növbəti qarşılaşmalara başlanılıb.

Bu turda Şota Arveladzenin komandası "Kasımpaşa" öz meydanında "Beşiktaş"ı qəbul edəcək. Çempionluğu hədəfləyən "Fənərbaxça"nı çətin oyun gözləyir. Belə ki, Avrokuboklara qatılmaq uğrunda inamla mübarizə aparan "Bursaspor" səfərdə "sarı-lacivərdlilər"in qonağı olacaq.

Turun mərkəzi qarşılaşmasında isə "Trabzonspor" "Qalatasaray"dan 3 xal "qoparmaq" üçün əlindən gələni ortaya qoyacaq. Tərəflər arasında ilk görüş Qara dəniz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. O zaman "Trabzonspor"un baş məşqçisi Ersun Yanal postuna təzə başlamışdı. Çalışdırıcı bu dəfə də nikbin danışmaqdan çəkinməyib. 

Türkiyə Superliqası

XXVII tur

17 aprel

"Qaziantepspor" - "Konyaspor" - 1:1

Qollar: Çiko, 11 - Dimitar Rangelov, 73

18 aprel

"Karabükspor" - "Gənclərbirliyi" - 2:1

Qollar: Fatih Candan,16; Furkan Özcal, 66 - Mervan Çelik,26

"Kasımpaşa" - "Beşiktaş" - 1:2

Qollar: Tunay Torun, 41 - Mustafa Pektemek, 3; Demba Ba, 38;

19 aprel

15:00 "Kayseri Ərciyəsspor" - "Əskişəhərspor"

17:00 "Sivasspor" - "Balıkəsirspor"

18:00 "Başakşəhərspor" - "Rizəspor"

21:00 "Trabzonspor" - "Qalatasaray"

20 aprel
 

22:00 "Fənərbaxça" - "Bursaspor"

22:00 "Mersin İdman Yurdu" - "Akhisar Bələdiyyəspor".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.