İdman

Hacı İbrahimə qarşı qiyam: "Borcunu ödəmir"

18 Aprel 2015 20:26
1 Şərh     Baxış: 2 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə problemləri futbolda olduğu kimi, futzalda da özünü bürüzə verməyə başlayıb. Özü də problem Azərbaycanın ən imkanlı futzal klubu sayılan "Xəzər adaları"nda yaranıb.

Komanda.az-ın məlumatına görə, futzal üzrə Azərbaycan çempionatının lideri olan "Xəzər adaları"nda pulsuzluğa görə əməlli-başlı qiyam başlayıb. Klubun sahibi və sponsoru olan Hacı İbrahim Nehrəmli komandasında çıxış edən futzalçıların məvaciblərini vermir.

Məlumata görə, onun komanda üzvlərinə 70 min manata yaxın borcu yaranıb. Elə buna görə də "Xəzər adaları"nın braziliyalı legionerləri çempionatın növbəti turunda meydana çıxmaq istəmirlər. Məsələ burasındadı ki, braziliyalıların qaldıqları evlərin kirayə borcları da ödənmir. Bu isə "sambaçılar"ın səbr kasasını daşırıb.

Vəziyyət o həddə çatıb ki, "Xəzər adaları"nın məşqlərini və oyunlarını keçirdiyi "ABU Arena"nın rəhbərliyi də komandanı arenaya buraxmır. Klubun "Abu Arena"ya da borcu olduğu deyilir.

Komandanın braziliyalı legionerləri klub rəhbərliyinin qarşısına konkret şərt qoyub: pulumuzu verin, çempionluğu qarşınıza qoyaq. Xəbərə "Xəzər adaları"nın icraçı direktoru Fuad Qəmbərov münasibət bildirib. Klub rəsmisi bildirib ki, heç kimə borcları yoxdu: "Klubun heç kimə borcu yoxdu. İstəsəz, bu barədə klubun "kassir"indən də məlumat ala bilərsiz. Biz oyunçuların məvacibini vaxtlı-vaxtında ödəyirik. Sadəcə, "Neftçi" İSM-lə son oyundan sonra mükafatlar bir az gecikdirildi. Ancaq ciddi maliyyə problemindən söhbət belə gedə bilməz". Qeyd edək ki, futzal üzrə Azərbaycan çempionatında 4-cü dövrə start götürəcək. Dövrənin ilk oyunu isə aprelin 26-da keçiriləcək. "Xəzər adaları" çempionluq yolunda əsas rəqibi olan "Fənər"lə qarşılaşacaq. Bu oyun çempionluq uğrunda mübarizənin "davam, yoxsa tamam" olacağı baxımından böyük əhəmiyyət daşıyır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.